Hər hansı bir sualınız üçün bizimlə əlaqə saxlayın

[email protected]

  • 20.10.2021
  • Planlama, tikinti

"MSDIS Holding" "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində uğurla təmsil olunur

"MSDIS Holding" "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində uğurla təmsil olunur  20-22 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi keçirilir.

Qarabağda bir sıra layihələr həyata keçirən "MSDIS Holding" də sərgidə təmsil olunan şirkətlər sırasındadır. Holdingin stendi 2-ci zalda yerləşir və nömrəsi K2304-dir.  "MSDIS Holding" “MS Oil” yanacaqdoldurma məntəqələri, “MS Kabel” zavodu, “MS Asfalt” zavodu, “MS Sement” zavodu, “MS Karyer”, “MS Laminat” xidmət və məhsullarını özündə birləşdirir və sərgidə təmsil olunur.

 Stenddə nümayiş olunan 20-sən çox kabel növü, M-300, M-400, M-500 sement növləri, müxtəlif çeşidli laminatlar, Qarabağdakı layihələrdə istifadə olunan işıqlandırma sistemləri və digər tikinti materialları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.

"MSDIS Holding" Bakı Ekspo Mərkəzdə K2304 saylı stenddə ziyarətçilərini qəbul edir. Yüzlərlə həm yerli, həm də xarici mütəxəssisin ziyarət etdiyi stenddə ziyarətçilərə holding məhsulları və xidmətləri haqqında məlumatlar təqdim edilir. Stendi ziyarət edənlər şəxslər mövcud məhsullar və xidmətlər haqqında məlumatlar alır, qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə edir, holding tərəfindən Qarabağda gerçəkləşdiriləcək layihələrlə tanış olurlar.

2 ildir fəaliyyətdə olan "MSDIS Holding" ixtisaslaşdığı sektorlar üzrə bazarın lideri olmağı hədəfləyir. Bunun bariz nümunəsidir ki, holding Qarabağ da daxil olmaqla ölkədə bir neçə tenderin qalibi olub və onları uğurla təhvil verib. Holding insan resursları potensialı və şəffaflıq siyasəti üzərində qurulub, öz yenilikçi, rəqabətədavamlı və dəyər yaradan fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

"MSDIS Holding" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.

"MSDIS Holding" - Adımız etibarımızdır!

 

DSC02810 DSC02818 DSC02841 DSC02851 DSC02889

SON XƏBƏRLƏR

MSDIS Holding xəbərləri

Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib

Ətraflı
MS Oil xəbərləri

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Ətraflı
MSDIS Holding

İş təklifləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ətraflı
Holdinq xəbərləri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib

Ətraflı
Holdinq xəbərləri

"Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik" üzrə təlim keçirilib

Ətraflı
MS Oil xəbərləri

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Ətraflı